"Region Liqası"nda oynayacaq daha bir yeni komanda "Hypers"di.

Rekord.az xəbər verir ki, millimizin sabiq üzvü Vüqar Nadirovun baş məşqçisi olduğu bu komanda iddialı olmağı düşünür.

Nadirov özünün də yetirməsi olduğu Sumqayıt futbol məktəbinin üzvlərini başına toplayır. Belə ki, Məhəmməd Alıyev, Nahid Mehrəliyev, Kamran İsmayılov və daha bir neçə sumqayıtlı futbolçu "Hypers"in düşərgəsindədir və yeni mövsümdən bu komandanın şərəfini qoruyacaqlar.