19 yaşadək qızlardan ibarət komandalar arasında Avropa çempionatının ilkin seçmə mərhələsində Azərbaycan millisi bu gün sonuncu oyununu keçirəcək.

Rekord.az xəbər verir ki, komandamız Xorvatiyanın Pula şəhərindəki “Aldo Drosina” stadionunda bu ölkənin müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşacaq.

Bakı vaxtı ilə saat 13:00-da başlayacaq qarşılaşmanın hakimlərini diqqətinizə çatdırırıq:

Baş hakim: Viktoriya Beyer (Fransa)
Baş hakimin köməkçiləri: Clementine Dubreil (Fransa), Diana Snoeren (Niderland)
Dördüncü hakim: Marisca Overtoom (Niderland)