Almaniyanın “Bayer” klubu “Top-5” liqaların komandaları arasında yeni rekorda imza atıb.

Rekord.az xəbər verir ki, Leverkuzen təmsilçisi ardıcıl 44 oyunda uduzmamaqla buna nail olub.

Xabi Alonsonun yetirmələri son olaraq Avropa Liqasının 1/4 final mərhələsində İngiltərə “Vest Hem”i ilə səfərdə bərabərə qalıblar – 1:1. “Bayer” 2011/2012 mövsümündə ardıcıl 43 matçda uduzmayan İtaliya təmsilçisi “Yuventus”un rekordunu yeniləyib.

Cari mövsüm heç bir oyunda uduzmayan “Bayer” Bundesliqada çempionluğu rəsmiləşdirib, Almaniya Kubokunda finala, Avropa Liqasında isə yarımfinala yüksəlib.