AFFA İntizam Komitəsinin iclası keçirilib.

Rekord.az xəbər verir ki, iclasda II Liqanın 21-ci turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul edilib:

“Şahdağ Qusar” – “Şəmkir” oyununun 89-cu dəqiqəsində “Şahdağ Qusar” komandasının 97 nömrəli futbolçusu Kənan Mirzəliyev ikinci sarıdan qırmızı vərəqə aldığına görə 1 oyun cəzalanıb, “Şahdağ Qusar” klubu 50 manat cərimə edilib.

“Şahdağ Qusar” – “Şəmkir” oyununda “Şəmkir” klubunun 4 futbolçusu sarı vərəqə aldığına görə “Şəmkir” klubu 70 manat cərimə edilib.

“Lerik” – “Füzuli” oyununun 88-ci dəqiqəsində “Lerik” komandasının 42 nömrəli futbolçusu Valid Yusubzadə rəqibi aşkar qol imkanından məhrum etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanıb, “Lerik” klubu 80 manat cərimə edilib.

“Lerik” – “Füzuli” oyununda PFL Əsasnaməsinin tələbləri pozulduğuna görə “Lerik” klubu 50 manat cərimə edilib.

“Ağdaş” – “Cəbrayıl” oyununda “Cəbrayıl” klubu matçın ilkin protokolunu PFL-in elektron bazasında gec təsdiq etdiyinə görə “Cəbrayıl” klubu 100 manat cərimə edilib.