"Qarabağ"la Lunyov arasında yeni müqavilə ilə bağlı danışıqlar davam edir.

Rekord.az xəbər verir ki, danışılar qapıçının meneceri ilə aparılır.

Baş verən son məlum proseslər danışıqların heç də asan keçmədiyini sübut edir. Əldə etdiyimiz son məlumata görə, Ağdam təmsilçisi rusiyalının nazı ilə çox oynamaq niyyətində deyil. Futbolçuya və menecerinə aprelin sonuna kimi qərarlarını qətiləşdirmələrinin vacibliyi deyilib. Qarşı tərəf yeni müqavilə üçün 3 qat artıq maaş istəyindən əl çəkməsə, "Qarabağ" yeni qapıçı axtarışına çıxacaq.