Məlum olduğu kimi, aprelin 2-də AFFA-nın yeni prezidentinin adı rəsmən açıqlanacaq.

Rekord.az xəbər verir ki, bu postu növbəti 4 illiyinə SOCAR-ın prezidenti, eyni zamanda "Neftçi"yə rəhbərlik edən Rövşən  Nəcəf tutacaq.

Dəyişiklik tək federasiya prezidenti ilə bağlı olmnayacaq. Eyni zamanda vitse-prezidentlər və İcraiyyə Komitəsinin tərkibi də demək olar ki, yenidən qurulacaq. "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov da uzun fasilədən sonra yenidən sözügedən komitəyə dönəcək. Əldə etdiyimiz məlumata görə, Qurbanova eyni zamanda AFFA-nın vitse-prezidenti postu da təklif olunacaq. Təklifi qəbul edəcəyi halda, Qurbanov "Qarabağ"ın baş məşqçisi postundan ayrılmalıdır. Məhz bu baxımdan təcrübəli mütəxəssisin hansı qərarı verəcəyi böyük maraqla gözlənilir.