Şabran şəhər Mərkəzi stadionunda Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin nəzdində fəaliyyət göstərən Şabran UGİM-in futbol bölməsinin U-11 və U-12 komandaları ilə Siyəzən rayonunun həmyaşıd futbolçuları arasında turnir keçirilmişdir.

Rekord.az xəbər verir ki, komandalara baxış və yeniyetmələrin fiziki-texniki hazırlıqları haqqında məlumatlanmaq məqsədilə keçirilmiş turnirdə Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin Şabran rayonu üzrə gənclər və idman sektorunun müdiri Süleyman Əliməmmədov, idarənin nəzdində fəaliyyət göstərən UGİM-in direktoru İlqar Məqami, məşqçi-müəllimlər Nəriman Əzimov, Ülvi Rza, Kamran Mehtiyev və 50 nəfər yeniyetmə idmançı iştirak etmişdir.

Turniri Siyəzən və Şabran rayonundan olan valideynlər maraqla izləmişlər.