Konfrans Liqasının pley-off mərhələsinin ilk oyununda "Qarabağ"ın qonağı olacaq Şotlandiya “Aberdin”inin Bakıya gələcəyi vaxt müəyyənləşib.

Rekord.az xarici KİV-lərə istinadən xəbər verir ki, komanda sabah səhər saatlarında paytaxtımıza yola düşəcək. Şotlandiya təmsilçisi məsafənin uzaqlığı və uyğunlaşma ilə əlaqədar ölkəmizə tez gəlməyə qərar verib. Bundan başqa, saat və hava şəraitinin fərqli olması da bu qərarda  rol oynayıb.

Qeyd edək ki,avqustun 19-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək  “Qarabağ” – “Aberdin” matçı saat 20:00-da başlayacaq.