Aftandil Hacıyev "Səbail"lə müqavilə bağladıqdan sonrakı günlərdə iki rəsmi tədbirə qatılıb.

Rekord.az xəbər verir ki, Qurban Qurbanovun idman klubunun açılışında və cüdoçu Kifayət Qasımovanın təşkil etdiyi tədbirdə Aftandil bəy gənclər və idman naziri Fərid Qayıbovla görüşüb, qısa söhbət edib.

Bizdə olan bilgiyə görə, sırf tanışlıq xarakterli həmin qısa dialoqlar ASCO rəhbərliyinin xoşuna gəlməyib. “Səbail”in sponsorunun rəhbərliyi AFFA-nın vitse-prezidenti Elxan Məmmədovla dostdur və düşmən elan edilən Qayıbovla isti münasibət qəbuledilməzdi. Fotolar çəkilib, lazımi yerlərə göndərilib və məşqçinin qələmi qırılıb.

Məmmədov öz klubu saydığı “Səbail”də nazirlə xoş münasibətdə olan birisinin çalışmasında maraqlı deyil. “Ya bizdənsən, ya da düşmən” prinsipiylə yaşayan Elxan bəy Hacıyevin onun əlaltısı olmayacağını anladığından sponsorlara təcili göstəriş gedib və məsələ həllini tapıb.

Bizdə olan bilgiyə görə, müqavilə klub tərəfindən pozulub, qərarın Müşahidə Şurasında qəbul edildiyi bildirilib. (futbolinfo.az)