Ağcabədi rayonunda "Heydər Əliyev İli"nə həsr olunmuş idarə, müəssisə və təşkilatlar arasında minifutbol üzrə rayon turniri keçiriləcək.

Rekord.az xəbər verir ki, turnir 25 aprel - 10 may aralığında oynanılacaq.

Saat 18:00-da start götürəcək oyunların məkanı Ağcabədi Olimpiya İdman Kompleksi olacaq.