"Real"ın baş məşqçisi Karlo Ançelotti PSJ-nin hücumçusu Kilian Mbappenin Fransa klubu ilə başa çatacaq müqaviləsini uzatmaq qərarına münasibət bildirib.

Rekord.az "AP News"a istinadən xəbər verir ki, o deyib: “Bizə aydındır ki, biz öz işlərimizi düşünməliyik. Heç vaxt başqa komandaların oyunçuları haqda danışmamışıq. Hər kəsə, hər qərara, hər kluba hörmət edirik. Biz işimizi görməliyik. İndi nəyi düşünməli olduğumuz aydın və başa düşüləndir, yəni Çempionlar Liqasının finalına hazırıq. Mən heç vaxt "Real"da oynamayan oyunçular haqqında danışmamışam və danışmayacağam da".

Qeyd edək ki, Mbappe Madrid təmsilçisinə keçməkdən imtina edərək PSJ ilə müqaviləsini 2025-ci ilin yayına kimi uzadıb.