"Araz Naxçıvan"ın cari mövsüm I Divizionda uğurlu çıxışı AFFA rəhbərliyini narahat etməyə başlayıb.

Rekord.az xəbər verir ki, mövsümün əvvəllindən böyük fərqlə liderliyə yüksələn Naxçıvan təmsilçisi hər hansı fors-major olmasa, mövsümü çempion kimi başa vuracaq.

Komandanın hədəfi növbəti mövsüm Premyer Liqada oynamaqdı. Bu isə AFFA-nın planlarını poza bilər. Çünki "Araz Naxçıvan" elitaya vəsiqə qazanacağı halda federasiya bu komandanı kənarda qoya bilməyəcək. Özünün maliyyələşdirdiyi hansısa komanda olanda çox rahat şəkildə bunu edirlər. Amma naxçıvanlılara qarşı buni etmək qəliz məsələdi. Ya gərək sonuncu pilləni tutanı I Diviziona göndərəsən, ya da elitaya daha bir komanda əlavə edib, sayı 12-ə çatdırasan. Hazırda futbola cavabdeh şəxslər bu məsəıə üzərində baş sındırır. Hər halda, AFFA-ya yaxın mənbədən saytımıza daxil olan son məlumatlar bunu deməyə əsas verir.