I Divizionun vahid lideri olan "Araz Naxçıvan" qış hazırlığını Antalyada keçəcək.

Rekord.az xəbər verir ki, artıq rəhbərlik səviyyəsində bununla bağlı qərar verilib.

Yanvarın ikinci ongünlüyündə səfərə çıxacaq Naxçıvan təmsilçisi fevralın əvvəlinə kimi, Türkiyədə hazırlıq keçməyi planlaşdırır. Bu arada, əldə etdiyimiz məlumata görə, komanda Türkiyədə olduğu müddətdə heyəti gücləndirməyi, və iki legionerlə güclənməyi də planlaşdırır. Yəni indidən Premyer Liqanın hazırlıqları da görülür.