Əvvəlki klublarında olduğu kimi, “Mançester Siti”də də qolları sıralayan Erlinq Haaland məhsuldar çıxışına atasının təsirindən danışıb.

Rekord.az xəbər verir ki, 22 yaşlı hücumçu bu barədə belə açıqlama verib:

“Hər ev oyunundan əvvəl atamın bişirdiyi lazanyanı yeyirəm. Görünür, bu, öz bəhrəsini verir. Yəqin ki, atam lazanyaya bəzi xüsusi inqrediyent əlavə edir. Mən ona çətinliklə kömək edirəm. Əsasən divanda uzanıb atama baxıram. Hər şey belə baş verir”.