Tennisdə ilin ilk ''böyük dəbilqə'' seriyalı turniri olan və mükafat fondu 550 milyon dollara bərabər olan ''Australian Open'' Azərbayacan qarşı növbəti təxribat baş verib.

Rekord.az xəbər verir ki, təklərdə kişilərin yarışında adını 4-cü mərhələyə, yəni 1/8 finala yazdıran ilk 8 tennisçinin adına aydınlıq gəlib.

Peşəkar Tennisçilər Assosiasiyasının (ATP) reytinqində 20-ci pillədə qərarlaşan erməni əsilli Xaren Xaçanovun oyunundan sonra diqqət çəkən bir hadisə yaşandı. Belə ki, Rusiyanl təmsil edən Xaçanov 3 saat 32 dəqiqə davam edən oyunda amerikalı Frensis Tiafonu 6:3, 6:4, 3:6, 7:6 hesabları ilə 4 setdə məğlub edərək adını ən güclü 16 tennisçi sırasına yazdırdı. Tennisdə adətən qalib gələn oyunçu qələbədən sonra kameranın üstündə öz ürək sözlərini yazır. 26 yaşlı erməniəsilli Xaçanov da qələbədən sonra kameranın üstündə ''Artsax möhkəm ol'' mənasını verən ''Artsax stay strong'' ifadəsini yazdı. Onun bu addımını isə erməni jurnalist Nobel Arustanyan dəstəkləyib və bununla bağlı sosial şəbəkə hesabında yazıb. Rusiyanın sports.ru saytı isə bu məlumatı işıqlandırıb. Bu zaman isə ruslar da öz təxribatçı simalarınl ortaya qoyublar. Belə ki, sayt xəbərin sonunda Dağlıq Qarabağı Artsax adlandırıb və eyni zamanda qeyd edib ki, guya Azərbaycan bu bölgəni blokadaya alıb.