"Bavariya"nın futbolçuları komandanın baş məşqçisi Julian Naqelsmanndan narazıdırlar.

Rekord.az “Bild”ə istinadən xəbər verir ki, gənc məşqçidən narazılığın üç əsas səbəbi var.

Bunlardan birincisi Yulianın hesabda geri olduqları matça düzgün müdaxilə edə bilməməsidir. Məsələn, futbolçular Bundesliqanın 9-cu turunun Dortmund "Borussiya"sı ilə matçda (2:2)  Naqelsmannın işindən narazıdırlar.

İkincisi, matçlar zamanı heyətin rotasiyası və əvəzetmələr komandada suallar yaradır. Bildirilir ki, çalışdırıcı Çempionlar Liqasında  “İnter”lə görüşdə Camal Musialaya start heyətində yer vəd etsə də, sonda 19 yaşlı almaniyalını ehtiyatda saxlayıb. "Bavariya"nın yarımmüdafiəçisi məşqçinin qərarı ilə razılaşsa da, komandanın liderlərinin bu qərardan razı qalmadıqları bildirib.

Sonuncu səbəb isə gənc Naqelsmannın davranışıdır. O, geyim tərzi tənqid edildikdən sonra artıq matçlarda daha ciddi geyinməyə başlayıb. "Bavariya"nın aparcı futbolçuları gənc mütəxəssisin oyunlar zamanı komandanı düzgün motivasiya etməməsindən də narahatdır”.

Qeyd edək ki, “Bavariya” bu mövsüm Naqelsmanın rəhbərliyi altında Bundesliqada 9 matçda cəmi 4 qələbə qazanıb və turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb. Bu, Münhen klubunun son 12 ildə ən pis başlanğıcıdır.