Almaniya Bundesliqasında 29-cu turun oyunları keçirilir.

Rekord.az xəbər verir ki, bu gün daha 5 görüş baş tutub.

“Bohum” evdə “Volfsburq”a, “Herta” “Verder”ə, “Hoffenhaym” isə “Köln”ə məğlub olub.

Lider “Bayern” səfərdə “Maynts”a gözlənilmədən uduzub. Əvəzində Dortmund “Borussiya”sı doğma meydanda “Ayntraxt”a böyük hesabla qalib gələrək zirvəyə yüksəlib.

Almaniya Bundesliqası
29-cu tur

21 aprel

Auqsburq – Ştutqart 1:1
Qol: Delyo, 8 – Endo, 78.

22 aprel

Bohum – Volfsburq 1:5
Qol: Broşinski, 69 – Svanberq, 10; 56. Kaminski, 21. Vimmer, 33. Valdşmit, 77.

Herta – Verder 2:4
Qol: Nqankam, 68. Lukebakio, 79-pen – Dukş, 6; 27; 51. Veyzer, 63. 

Hoffenhaym – Köln 1:3
Qol: Dolberq, 90+4 – Kaynts, 18-pen. Selke, 39. Tilman, 90+2.

Maynts – Bayern 3:1
Qol: Ayorke, 65. Barreyro, 73. Martin, 79 – Mane, 29.

Borussiya (Dortmund) – Ayntraxt 4:0
Qol: Bellingem, 19. Malen, 24; 66. Hummels, 41.

23 aprel

17:30. Frayburq – Şalke
19:30. Bayer – Leypsiq
21:30. Borussiya (Mönhenqladbax) – Union Berlin