Futbol üzrə İspaniya La Liqasında aprel ayının ən yaxşı oyunçusu müəyyənləşib.

Rekord.az turnirin saytına istinadən xəbər verir ki, "Real"ın hücumçusu Kərim Benzema ötən ayın ən yaxşısı seçilib. 

Fransalı oyunçu apreldə 5 matçda 4 qol vurub. O, bu mövsüm La Liqada 30 oyunda 26 qolla turnirin ən yaxşı bombardiridir.