Bərdədə Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş mini-futbol turnirinə start verilmişdir.

Rekord.az xəbər verir ki, turnir  Bərdə Rayon Gənclər və İdman İdarəsi , Bərdə Ağsaqqallar Şurası və Bərdə Peşə Liseyinin birgə təşkilatçılığı ilə keçirilir.

Turnirin 16/1 mərhələsinin ilk görüşündə Bərdə Peşə Liseyinin Komandası Tabatera Bərdə komandasını 6-3 hesabı ilə məğlub edib.

Peşə Liseyinin qolları :

Verdiyev Hikmət 2

Göyüşzadə Şahin 2

Mənsimov Etibar 1

Axundov Elvin 1

"Tabatera Bərdə" komandasının qolları :

İsmayılov Asif 1

Muradov Samir 1

Səlimov Şaiq 1