Konfrans Liqasının 3-cü təsnifat mərhələsində AEL-i qəbul edən "Qarabağ" rəqibini əliboş yola saldı.

Rekord.az xəbər verir ki, 90 dəqiqə ərzində daha istəkli oynayan “Qarabağ” "12-ci oyunçu"nun da dəstəyiylə son dəqiqələrdə vurulan qol sayəsində qələbə qazanmağı bacardı.

Oyun ərzində ön plana çıxan əsas problemlərdən biri Tofiq Bəhramov adına Respublika stadionun ot örtüyünün yararsız halda olması idi. Azarkeşlərin narazılıq səslərini gec eşidən stadionun direktoru Şamil Quliyev bu gün axır ki, bu barədə açıqlama verdi .O, bildirib ki, ot örtüyünün bu vəziyyətə düşməsinin əsas səbəbkarı havaların isti keçməsidi. Ot örtüyünə vaxtında nəzarət edilir. Daha sonra "Qarabağ" prezidenti Tahir Gözəlin drenaj sistemində problem olması və layihənin yalnışlığı ilə bağlı iddiasına cavab olaraq isə belə bir ifadə işlədib ki, "Bu cür drenaj sistemi bəlkə də yalnız Bakı Olimpiya Stadionunda ola bilər". Görünür adının "rəqib düşərgə"də hallanması BOS-da isti qarşılanmayıb və çox keçməmiş cavab gəlib.

Belə ki, bu açıqlamadan sonra Bakı Olimpiya Stadionu sosial şəbəkə üzərindən "Qızmar Günəş altında" adlı şəkil paylaşaraq, Tofiq Bəhramov adına Respublika stadionunun rəhbərliyinə göndərmə edib. Fotoya baxandan sonra əlavə şərhə ehtiyac qalmır.