Almaniya Bundesliqasını tərk edən daha bir klub müəyyənləşib.

Rekord.az xəbər verir ki, bu "Arminiya"dır. Komanda Bundesliqanın sonuncu turunda "Leyptsiq"lə 1:1 hesablı heç-heçə edib.

Bu nəticədən sonra "Arminiya" çempionatı 28 xalla 17-ci pillədə başa vurub.  33 xalla 16-cı yeri tutan "Herta" isə elitada qalmaq üçün pley-offda oynayacaq.

Qeyd edək ki, bundan əvvəl sonuncu yerdə olan "Qroyter"in Bundesliqanı tərk edəcəyi dəqiqləşmişdi.