UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinin cavab oyunlarından sonra həftənin ən yaxşı futbolçusu bəlli olub.

Rekord.az saytı xəbər verir ki, bu ada “Real”ın yarımmüdafiəçisi Federiko Valverde layiq görülüb.
 
O, “Çelsi” üzərində 2:0 hesablı qələbədə pay sahiblərindən biri olub.

Xatırladaq ki, həftənin ən yaxşı oyunçusu adına “Milan”dan Rafael Leao, “İnter”dən Lautaro Martines və “Mançester Siti”dən Kevin de Bruyne də namizəd idi.