Çempionlar Liqasında 2023/24 mövsümünə start verilib.

Rekord.az xəbər verir ki, bu gün ilkin mərhələnin oyunları baş tutub.

Andorranın “Atletik” (Ekaldes) klubu Monteneqronun “Buduçnost” kollektivinə 3 cavabsız qolla uduzub. San Marinonun “Tre Penne” komandası isə İslandiya çempionu “Breydablik”ə daha biabırçı hesabla məğlub olub.

Beləliklə, yarımfinalın qalibləri iyunun 30-da final qarşılaşmasında üz-üzə gələcəklər. Qalib komanda 1-ci təsnifat mərhələsinə yüksələcək. 

UEFA Çempionlar Liqası
İlkin mərhələ

27 iyun

Atletik (Andorra) - Buduçnost (Monteneqro) 0:3
Qollar: B.Sekuliç, 14; 60. A.Sançes, 21-öz qapısına.

Tre Penne (San-Marino) - Breydablik (İslandiya) 1:7
Qollar: A.Barretta, 31 – H.Qunnlauqsson, 6; 89. Hlinsson, 25; 90+2. K.Olsen, 45+2. S.Siqurdsson, 67. V.Eynarsson, 74.