Bu gün UEFA Çempionlar Liqasında pley-off mərhələsinin püşkü atılıb.

Rekord.az xəbər verir ki, Bakı vaxtı ilə saat 14:00-da başlayan tədbirdə Azərbaycan çempionu "Qarabağ"ın da potensial rəqibləri bəlli olub.

“Köhlən atlar” 3-cü təsnifat mərhələsində Macarıstan "Ferentsvaroş"unu üstələyəcəyi təqdirdə, növbəti raundda “Şerif” (Moldova) – “Viktoriya” (Plzen, Çexiya) cütünün qalibi ilə üz-üzə gələcək. Azərbaycan çempionunun cütünün qalibi ilk oyunu evdə keçirəcək.

Azərbaycanlı hücumçu Mahir Emrelinin komandası – Zaqreb “Dinamo”su isə Bolqarıstan “Ludoqorets”ini mübarizədən kənarlaşdıracağı halda, pley-offda “Bodo Qlimt” (Norveç) - “Jalgiris” (Litva) cütünün qalibi ilə üz-üzə gələcək.

Pley-off mərhələsinin ilk oyunları avqustun 16-sı və 17-də, cavab matçları isə avqustun 23-ü və 24-də olacaq. "Qarabağ" "Ferentsvaroş"a qarşı ilk görüşünü avqustun 3-də Bakıda, cavab qarşılaşmasını isə avqustun 9-da Budapeştdə keçirəcək.

UEFA Çempionlar Liqası
Pley-off mərhələsi

Çempionlar Yolu

Ferensvaroş (Macarıstan)/Qarabağ (Azərbaycan) cütünün qalibi - Şerif (Moldova)/Viktoriya (Çexiya) cütünün qalibi

Bodo Qlimt (Norveç)/Jalgiris (Litva) cütünün qalibi - Ludoqorets (Bolqarıstan)/Dinamo (Zaqreb, Xorvatiya) cütünün qalibi

Makkabi (Hayfa, İsrail)/Apollon (Kipr) cütünün qalibi - Srvena Zvezda (Serbiya)/Pünik (Ermənistan) cütünün qalibi

Kopenhagen (Damimarka) - Trabzonspor (Türkiyə)

Liqa yolu

Dinamo (Kiyev, Ukrayna)/Şturm (Avstriya) cütünün qalibi - Benfika (Portuqaliya)/Midtyulland (Danimarka) cütünün qalibi

Yunion (Belçika)/Reyncers (Şotlandiya) cütünün qalibi - Monako (Fransa)/PSV (Niderland) cütünün qalibi