Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi daha uzun müddət yığmamızda qala bilər.

Rekord.az xəbər verir ki, bununla bağlı məlumatı italiyalı jurnalist Canluka Di Marsio yayıb.

Onun sözlərinə görə, yığmamız UEFA Millətlər Liqasında uğurlu çıxış edəcəyi təqdirdə, 65 yaşlı mütəxəssislə sözləşməsi daha 2 il uzadıla bilər.

Xatırladaq ki, AFFA bu gün italiyalı baş məşqçinin müqaviləsinin 2022-ci ilin oktyabrına qədər uzadıldığını açıqlayıb. O, 2020-ci ilin iyul ayından millimizi çalışdırır. De Byazinin rəhbərliyi altında yığmamız DÇ-2022-nin seçmə mərhələsini 1 xalla sonuncu pillədə başa vurub.