Dibala "İnter"lə razılığa gəldi
- 2022-05-25 14:15
- 391
"Yuventus"dan ayrılan Paulo Dibala karyerasını İtaliyada davam etdirəcək.
Rekord.az xəbər verir ki, argentinalı hücumçu "İnter"lə razılaşıb. Bu barədə İtaliya mətbuatı məlumat yayıb.
28 yaşlı futbolçu "neradzurra" ilə 3+1 illik müqavilə imzalayacaq. O, yeni klubunda illik 7 milyon avro qazanacaq.
2015-ci ildən "Yuventus"da çıxış edən Dibala Turin təmsilçisində 292 oyunda 115 qol, 48 məhsuldar ötürmə ilə yadda qalıb.