Məlum olduğu kimi, "Neftçi" Sankt Peterburq şəhərində keçiriləcək "Matç TV" kubokuna baş məşqçisiz gedəcək.

Rekord.az xəbər verir ki, komandanı Rusiyaya İqor Getmanla. Vadar Nuriyev aparacaq.

Sual doğuran məsələlərdən biri də klubla müqaviləsi başa çatan Emin Mahmudovun Piterə gedib-getməyəcəyidir. Çünki hazırda futbolçu klubla yeni müqavilə bağlamayıb və "Neftçi"də qalıb-qalmayacağı bilinmir. Belə olan halda onun komanda ilə birlikdə hansısa turnirə yollanması nə dərəcədə doğru olar? Bəlkə turnirdən sonra Emin başqa komandaya keçdi? Aldığımız məlumata görə turnir öncəsi Eminlə klub rəhbərliyi arasında söhbət olacaq. Həmin söhbətdən sonra Eminin Sankt Peterburqa gedib-getməyəcəyi tam dəqiqləşəcək.