"Yaşlı idmançılara mükafatlar birdəfəlik ödənə bilər".

Rekord.az xəbər verir ki, bu sözlər Gənclər və İdman Nazirliyinin şöbə müdiri Elnur Məmmədova məxsusdur.

ARB24 kanalında yayımlanan "Oyundankənar" verilişində qonaq olan qurum rəsmisi idman dünyasının son günlərdə ən çox müzakirə etdiyi yeni mükafat sistemi barədə danışarkən belə deyib. E.Məmmədov GİN tərəfindən hazırlanan yeni qaydalarda bütün məqamların nəzərə alındığını bildirib. O, eyni zamanda ölkə idmanında gözlənilən bir sıra yeniliklərdən də bəhs edib. Elnur Məmmədov idman üzrə psixoloqların yetişdiriləcəyini də söyləyib.