"İnter"dən Andre Onananı transfer etmək istəyən "Çelsi" hələ ki, bu istəyinə çata bilmir.

Rekord.az xəbər verir ki, Onana variantı alınmayacağı halda London təmsilçisi B variantını işə salacaq.

Bu variantdakı hədəf isə "Valensiya"nın gürcü qapıçısı Georgi Mamardaşvilidir. Onana ilə danışıqlar alınmasa, "Çelsi" gürcü qapıçı ilə danışıqlara başlayacaq.