Türkiyəli yarımmüdafiəçi Hakan Çalhanoğlu tezliklə “İnter”lə yeni müqavilə imzalaya bilər.

Rekord.az xəbər verir ki, Milan klubunun rəhbərliyi futbolçuya uzunmüddətli müqavilə təklif etmək niyyətindədir və onun agenti artıq danışıqlar üçün şəhərə səfər edib.

28 yaşlı Çalhanoğlu 2021-ci ildə azad agent kimi “İnter”ə keçib və klubla 2024-cü ilə qədər nəzərdə tutulan müqavilə imzalayıb.

Türkiyəli yarımmüdafiəçi cari mövsümdə İtaliya çempionatı və Çempionlar Liqasının 11 matçında 2 qol vurub.