Şəki-Zaqatala Regional Gənclər və İdman İdarəsinin rəisi Ramiz Mahmudov Qəbələ rayonunda fəaliyyət göstərən "Qəbələ" İdman Kulubunun idman bazasına ümumi baxış keçirib.

Rekord.az xəbər verir ki, mövcud şəraitlə tanış olduqdan sonra məşqçi-müəllimlər, idmançılarla səmimi görüş zamanı onların müvafiq istiqamətlər üzrə problemləri dinlənilib, təklifləri nəzərə alınıb.