Yeni mövsümün ilk turunda “Səbail” gözlənilmədən səfərdə “Sabah”a qalib gəldi. Bu qələbədə əsas pay sahiblərindən biri də Bayıl təmsilçisinin təcrübəli qapıçısı Kamran Ağayev oldu. Millimizin sabiq qapıçısı yavaş-yavaş formasını bərpa edir və onun yenidən milliyə dəvət alacağı istisna edilmir.

Lakin Rekord.az-a daxil olan məlumata görə, təcrübəli qapıçı daha milli komandada oynamaq istəmir.

Milli karyerasını özü üçün bitmiş sayan 35 yaşlı qapıçı bütün diqqətini klubdakı karyerasına yönəltməyi düşünür.