Mövsüm sona yaxınlaşsa da, Kaşukun komandada qalıb-qalmayacağı hələ də bilinmir.


Rekord.az xəbər verir ki, klub özü ukraynalı futbolçunun qalmasını çox istəyir.


Lakin iş orasındadır ki, futbolçuya Azərbaycandan kənardan da ciddi təkliflər var, özü də kifayət qədər yüksək məbləğ qarşılığında. Hansı ki, həmin məbləğin "Sabah"ın verəcəyi inandırıcı deyil. Çünki Masazır təmsilçisi bəlli olan stabil büdcəsini bir futbolçuya görə pozmaq istəmir.