"Kəpəz"dəki maliyyə sıxıntısı klunun futbol akademiyasında çalışan məşqçilərin durumuna da təsir edib.

Rekord.az-a daxil olan məlumata görə, akademiyada çalışan məşqçilər may ayından bu yana maaş almır.

Onlar bununla bağlı narazılıqlarını klubun idarə heyətinin sədri İlqar Nadiriyə çatdırıblar. Nadiri isə məsələdə AFFA-nı günahlandırıb və bildirib ki, federasiya köçürmələri etmədiyi üçün onlar da məşqçilərin maaşını verə bilmir. AFFA-nın isə "Kəpəz"in maliyyə hesabatındakı şəffaflığa şübhə etdiyi üçün köçürmələri yubatdığı deyilir.