Bir ara "Bavariya"da oynamaq istəmədiyini və ilk növbədə İngiltərə oynamaqda maraqlı olduğunu bildirən Qari Keyl fikirini dəyişib.

Rekord.az xəbər verir ki, futbolçu bu dəfə menecerinə "Bavariya"da oynamaq və çempionluq qazanmaq istəyini bildirib.

Futbolçudan müsbət siqnal alan Münxen klubu da yenidöən hərəkətə keçib. Lakin bir məsələ var ki, futbolçunun "Tottenhem"lə 2024-cü ilin yayına qədər müqaviləsi var və London təmsilçisi Keyn üçün 100 milyon avro tələb edir. "Bavariya"nın bu məbləği ödəyib-ödəməyəcəyi sual doğurur.