“Sabah”ın baş məşqçisi Murad Musayev Azərbaycan Premyer Liqasının 27-ci turu çərçivəsində “Sumqayıt”a qarşı keçirdikləri oyunu şərh edib.

Rekord.az xəbər verir ki, o, 2:2 hesabıyla bitən matçdan sonra bunları söyləyib:

“Çoxlu emosiya var. Hər şeyə obyektiv qiymət verməyə çalışacağam. Avrokuboklara çıxmaq məsələsinə görə nəticə baxımından müəyyən təzyiq var idi. Buraxdığımız səhvlər bununla bağlı idi. Komandaya irad bildirə bilmərəm. 9 nəfərlə qaldığımız anda belə, hücum edib hesabı bərabərləşdirə bildik. Daha çoxuna ümid edirdik. Bu gün həddindn artıq lazımsız səhvlərə yol verdik. Kimisə günahlandırmaq çətindir”.