“Bayern” futbol üzrə Almaniya Bundesliqasında 16-cı turunda səfərdə “Ştutqart”a 5:0 hesabıyla qalib gəlib.

Rekord.az xəbər verir ki, bu oyun Münhen təmsilçisinin hücumçusu Robert Levandovski üçün əlamətdar olub.

Bu oyunda dubla imza atan polşalı futbolçu 2021-ci ildə ölkə çempionatında vurduğu qolların sayını 42-yə çatdırıb.

33 yaşlı forvard bu göstərici ilə Almaniya millisinin və “Bayern”in sabiq futbolçusu Gerd Müllerin rekordunu təkrarlayıb. Əfsanəvi futbolçu bir təqvim ili üzrə 42 qol vurmağa 1972-ci ildə nail olmuşdu.