“Mançester Yunayted” “Barselona”nın yarımmüdafiəçisi Qavi ilə maraqlanır.

Rekord.az xəbər verir ki, “qırmızı şeytanlar”ın rəhbərliyi 17 yaşlı futbolçuya Pol Poqbanın əvəzləyicisi gözü ilə baxır.

Hazırda Qavinin trasferi qiyməti 50 milyon avro kimi dəyərləndirilir.

“Barselona” ilə müqaviləsi 2023-cü ildə başa çatacaq ispanın transfer qiyməti artırıla bilər.

​Kataloniya təmsilçisi Qaviyə yeni şərtlərlə müqavilə təklif edib. Amma hələ ki, tərəflər razılıq əldə etməyib.