PSJ-nin hücumçusu Kilian Mbappe komanda yoldaşı Lionel Messi haqda danışıb.

Rekord.az xəbər verir ki, Mbappe argentinalı ulduzu dünyanın ən yaxşı futbolçusu adlandırıb:

“Messi ilə oynamaq rahatdır. O, dünyanın ən yaxşı futbolçusudur.

Bir neçə gün əvvəl “qızıl top”u qazandı. Ümid edirəm ki, gələcəkdə bizə kömək edər”.