PSJ-nin baş məşqçisi Kristof Qaltye futbolçusu Kilian Mbappenin Fransa çempionatının 10-cu turun "Reyms"lə (0:0) matçdakı oyunu haqda danışıb.

Rekord.az Fransa mətbuatına istinadən xəbər verir ki, o deyib: " Kilian Messisiz və Neymarsız bir az yetim qalmış kimi görünürdü. Mən şübhələnirdim ki, belə olacaq. Neymar startda yer almadı, çünki  son zamanlar lap çox oynayırdı. Neymar meydana çıxan biz yaxşı qarşılıqlı təsiri gördük".

Qeyd edək ki, Messi zədə səbəbindən "Reyms"lə görüşü buraxıb. Neymar isə 57-ci dəqiqədə meydana daxil olub.