Eşitməqüsurlu futzalçılardan ibarət Azərbaycan milli komandası final mərhələsi 2022-ci ildə İtaliyada təşkil olunacaq Avropa çempionatının əsas seçmə mərhələsində çıxış edəcək.

Rekord.az xəbər verir ki, 17-19 dekabr tarixlərində İsveçin Göteburq şəhərində təşkil olunacaq seçmə mərhələ oyunlarında Azərbaycan millisi B qrupunda Çexiya, İsveç və Uels komandaları ilə mübarizə aparacaq.

Azərbaycan millisi dekabrın 17-də Çexiya, 18-də İsveç, 19-da isə Uelslə qarşılaşacaq.