Mayın 1-dən 7-dək Albaniyanın paytaxtı Tiranada təşkil keçiriləcək UEFA İnkişaf turnirində iştirak edəcək 17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası bu gündən Bakıda təlim-məşq toplanışı başlayıb.

Rekord.az xəbər verir ki, hazırlıq mərhələsi aprelin 29-dək davam edəcək.

UEFA İnkişaf turnirində iştirak edəcək yekun heyət toplanışdan sonra müəyyənləşəcək.

Təlim-məşq toplanışına dəvət olunmuş futbolçuların siyahısını nəzərinizə çatdırırıq:

1. Ayxan Abbaszadə - Turan Tovuz
2. Həbib Hüşənov - Qəbələ
3. Firudin Kişiyev - EFA
4. Əhməd Tarverdiyev - Sabah
5. Səmid Əhmədov - Qəbələ
6. Vüsal Paşayev - Sumqayıt
7. Nadir Orucov - Sumqayıt
8. Rəşad Alışov - Sabah
9. Tuncay Əhmədov - Sabah
10. Əkbər Məhərrəmov - Sabah
11. Ömər Kərimov - Qəbələ
12. Elnur Cabbarlı - Sumqayıt
13. Babamirzə Mehdiyev - Sabah
14. Anar Hüseynov - Sabah
15. Ziya Şəkərxanov - Qəbələ
16. Sadiq Məmmədli - Neftçi
17. Amin Muradov - Neftçi
18. Həsən Nəzərli - Ankaragücü (Türkiyə)
19. Hikmət Cəbrayilzadə - Qarabağ
20. İslam İsmayilzadə - Səbail
21. Röyal Fərzullazadə - Neftçi
22. Amid Qasımov - Qarabağ
23. Ümid Səlimov - Şamaxı