17 yaşadək qızlardan ibarət Azərbaycan milli komandası Rumıniyanın paytaxtı Buxarestdə təşkil olunmuş UEFA İnkişaf turnirində bu gün növbəti oyununu keçirib.

Rekord.az xəbər verir ki, Rumıniya komandası ilə qarşılaşan futbolçularımız 0:4 hesabı ilə məğlub olub.

Xatırladaq ki, Azərbaycan yığması ilk oyununda Ukraynaya da eyni hesabla uduzmuşdu.

Millimiz turnirdə növbəti oyununu aprelin 28-də Yunanıstan komandasına qarşı keçirəcək. Oyun Bakı vaxtı ilə saat 11:00-da başlayacaq.