Futzal üzrə Avropa çempionatının final mərhələsində Azərbaycan millisinin rəqiblərindən Bosniya və Herseqovina mini-turnirdə iştirak edəcək.

Rekord.az xəbər verir ki, rəqibimiz dekabrın 15-də Slovakiya, ertəsi gün Çexiya ilə üz-üzə gələcək.

Turnirin son matçında isə onlar Avstriya ilə gücünü sınayacaq. Oyunlar Slovakiyada keçiriləcək.

Azərbaycan – Bosniya və Herseqovina matçı gələn il yanvarın 29-da Amsterdamda keçiriləcək.