Höccət Haqverdi mövsümün sonunda “Sumqayıt”dan gedəcək.

Rekord.az-a etibarlı mənbədəb daxil olan məlumata görə, bu haqda futbolçu özü yaxın ətrafına deyib.

İş ondadır ki, cari mövsüm müdəmmadi olaraq yığmaya da dəvət alan iranlı futbolçunun qiyməti xeyli qalxıb. Artıq onun xidmətində daha iddialı klublar maraqlıdır. Yerli klublar arasında “Neftçi”nin adı xüsusi çəkilir. Bundan başqa, İrandan və digər ölkələrdən də Höccətin xidmətində maraqlı olanlar var. Futbolçu özü isə hazırkı iddia və maddi durum qarşılığında “Sumqayıt”da qalmaqda maraqlı deyil.