Premyer Liqanın 27-ci turunun “Zirə” - “Neftçi” görüşündə qonaq komandanın azarkeşləri etiraz şüarı səsləndiriblər.

Rekord.az xəbər verir ki, matçı canlı izləyən “Forza Neftçi” azarkeş qrupunun üzvləri həm baş məşqçi Samir Abasov, həm də klubun prezidenti Kamran Quliyevin istefasını tələb ediblər. Onlar “Samir, istefa”, “Kamran, istefa” şüarı səsləndiriblər.

Bundan sonra polislər tərəfindən onlarq xəbərdarlıq olunub. İkinci bənzər çağırışdan sonra isə həmin fanatlar stadiondan çıxarılıb.

Azarkeşlərin istefa çağırışına “Neftç”nin bu mövsümü titulsuz başa vurmasıdır.