“Neftçi“ ilə danışıqlar aparan məşqçi Türkiyədən qaçdı
- 22 Mar 2020 14:12
- 806
“Qaziantep”in rumıniyalı baş məşqçisi Marius Şumudiça Super Liqada koronavirus pandemiyası ilə əlaqədar yaranan məcburi fasilədən yararlanaraq ölkəsinə yollanıb.
Rekord.az xəbər verir ki, o, Türkiyədə, həm də Rumıniyadakı vəziyyətlə əlaqədar ölkəsinə xüsusi sifariş olunmuş çarter reysi ilə gedib.
Mütəxəssisin köməkçiləri də onunla birgə Rumıniyaya yola düşüb. İlyarım öncə “Neftçi“ ilə danışıqlar aparmış 39 yaşlı məşqçi səfərə çıxmazdan öncə bütün oyunçularına belə bir mesaj da göndərib:
“Dekabr ayından bəri bəzi sağlıq problemlərim vardı. Ona görə indiki halda tək düşündüyüm sağlığımın qayğısına qalmaqdı. Heç kimlə təmasda olmaq istəmirəm.
Özəl təyyarə ilə Rumıniyaya gedirəm. “Qaziantep” mənim ikinci ailəmdir. Amma indiki halda edə biləcəyimiz heç nə yoxdur. Gedişata baxacağıq. Həyat normala döndükdən sonra geri qayıdacam”.
Daha öncə Qaziantep klubu bütün futbolçu və məşqçi heyətini bir həftəlik istirahətə buraxaraq, onların izolyasiya şəraitində qalmalarını, şəhəri və ölkəni tərk etməmələrini tələb etmişdi. Klub açıqlamasında oyunçulara fərdi qaydada məşq etmək tapşırığı verildiyini bildirmişdi.