"Sampdoriya"nın yeni baş məşqçisi bəlli olub.

Rekord.az xəbər verir ki, sözügedən komandanı bundan sonra Andrea Pirlo çalışdıracaq.

Bu barədə B Seriyası təmsilçisinin rəsmi saytı məlumat yayıb.

44 yaşlı mütəxəssislə 2 illik müqavilə imzalanıb.

Pirlo məşqçilik karyerasına futbolçu kimi çıxış etdiyi "Yuventus"da başlayıb. Onun son iş yeri isə Türkiyə "Fatih Karagümrük"ü olub.

Xatırladaq ki, “Sampdoriya” İtaliya A Seriyasının son mövsümünü sonuncu - 20-ci pillədə başa vurub və B Seriyasına yuvarlanıb.