PSJ-nin keçmiş baş məşqçisi Maurisio Poçettino İngiltərənin “Çelsi” komandasını çalışdırmağa razılıq verib.

Rekord.az xəbər verir ki, bu barədə tanınmış insayder Nikolo Skira məlumat yayıb.

O, londonlularla argentinalı mütəxəssis arasında danışıqların artıq son mərhələyə qədəm qoyduğunu açıqlayıb. “Zadəganlar”ı iyul ayından etibarən məhz Poçettionun çalışdıracağı bildirilir.

Poçettinonun son iş yeri ötən yay tərk etdiyi PSJ olub. O, buna qədər “Tottenhem”, “Sauthempton” və “Espanyol”u çalışdırıb.