Futbol üzrə Azərbaycan Premyer Liqasının 14-cü turunda keçiriləcək “Qarabağ” – “Zirə” qarşılaşmasının biletləri satışa çıxarılıb.

Rekord.az xəbər verir ki, biletlərin qiyməti sektorlara uyğun olaraq dəyişir.

Qapıarxası və künclərdə yerləşən sektorlar 2 manat, mərkəzi sektorlar 5 manat, VİP biletlər isə 15 manat təşkil edir.

Satış məntəqəsi: “Azersun Arena”.

“Qarabağ”ın mətbuat xidmətinin yaydığı məlumatda o da qeyd olunur ki, qapılar azarkeşlər üçün matçın start fitindən 90 dəqiqə əvvəl açılacaq.

Bu gün baş tutacaq “Qarabağ” – “Zirə” matçına saat 19:00-da start veriləcək.